Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan ilk medalını qazanıb.
Planetinfo.az xəbər verir ki, batut gimnastikası üzrə fərdi proqramda gimnastımız Selcan Mahsudova gümüş medala sahib çıxıb.
Fərdi proqramda çıxışından sonra aktivinə 56 440 xal yazdıran idmançımız ikinci yerə layiq görülüb.
Birinci yerə 57 310 xalla İana Lebedeva, üçüncü yerə isə Mariya Mixayilova (55 740) çıxıblar.
Qeyd edək ki, təsnifat mərhələsinin nəticələrinə əsasən batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov, qarışıq sinxron proqramda Maqsud Mahsudov - Selcan Mahsudova cütlüyü, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova, sinxron kişilər proqramında isə Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü final mərhələsində çıxış edirlər.