Gündəm / İdman 22-02-2026, 18:10

Karyerasında ilk dəfə Azərbaycan çempionu oldu




Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.

Planetinfo.az-ın məlumatına görə, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5:0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

Xəbər lenti