Gündəm 23-02-2026, 18:56

Hüseyn Məhərrəmliyə yüksək vəzifə verildi



Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin olunub.

Planetinfo.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Hüseyn Hamlet oğlu Məhərrəmli təyinat alıb.

Qeyd edək ki, H.Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.

Xəbər lenti