Gündəm / Siyasət 26-02-2026, 19:53

Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxdı




Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. İndi orada Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır.

PLANETİNFO.AZ xəbər verir ki, bu barədə “Factor” 2025-ci il üçün Ermənistan hökumətinin proqramının icrası haqqında hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mart ayından Ermənistan-Türkiyə dövlət sərhədindəki “Marqara”, 2026-cı ilin əvvəlindən etibarən isə “Axurik” sərhəd-keçid məntəqəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətinə keçib.

“Hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən tam nəzarət altına alınıb”, - hesabatda deyilir.

Xəbər lenti