Gündəm / Dünya / İdman 27-02-2026, 21:45

Qvardiola ÇL-in püşkünü şərh etdi: “Real”la düşmək?



“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsində “Real” ilə qarşılaşacağı məlumdur.

PLANETİNFO.AZ xəbər verir ki, Avropanın əsas klub turnirində bu komandalar indiyədək bir-biri ilə 15 oyun keçirib və onların 12-si pley-off mərhələsinə təsadüf edib. Cütlük turnirin əvvəlki dörd mövsümünün hər birində pley-off mərhələsində üz-üzə gəlib.

“Siti”nin baş məşqçisi Pep Qvardiola püşkün nəticəsini şərh edib: “Real”la düşmək? Klubumuz hesab edir ki, bu turnirin tarixindəki ən yaxşı komandalarla nə qədər çox oynasan, bir o qədər öyrənirsən və rəqabət aparırsan. Bu isə səni daha güclü edir”.

“Mançester Siti” ilk oyunu səfərdə keçirəcək, cavab qarşılaşması isə doğma meydanında baş tutacaq.

Xəbər lenti