Gündəm / Siyasət 28-02-2026, 19:18

Türkiyə 10 ölkəyə uçuşları dayandırdı




Türk Hava Yolları (THY) hava məkanı məhdudiyyətləri səbəbindən uçuş planlamalarında məcburi dəyişikliklər edib.

Planetinfo.az xəbər verir ki, bu barədə THY-nin Kommunikasiya İdarəsinin rəhbəri Yəhya Üstün sosial media hesabından açıqlama yayıb.

O bildirib ki, Livan, Suriya, İraq, İran və İordaniyaya yönəlmiş reyslər 2 mart 2026-cı il tarixinədək, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana olan reyslər isə bu gün üçün ləğv edilib.

"Hava məkanındakı vəziyyət anba-an izlənilir və əlavə uçuşarın ləği müzakirə mövzusu ola bilər", - o əlvə edib.

Sərnişinlərə səyahətlərindən əvvəl uçuşlarına dair dəqiq məlumatları THY-nin rəsmi internet saytındakı "uçuş statusu" bölməsindən əldə edə biləcəkləri xatırladılıb.

Xəbər lenti