Gündəm / Siyasət / Dünya
1-03-2026, 10:19
İsrailə genişmiqyaslı və fasiləsiz raket hücumu həyata keçirilir
İran tərəfindən İsrail ərazisinə genişmiqyaslı və fasiləsiz raket hücumu həyata keçirilir.
PLANETİNFO.az xəbər verir ki, İsrailin cənub və mərkəz bölgələrində, o cümlədən Qüds (Yerusəlim) ətrafında intensiv həyəcan siqnalları işə düşüb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) vətəndaşlara müraciət edərək, vəziyyətin təhlükəli olduğunu bildirib:
"Bütün vətəndaşlar açıq şəkildə növbəti göstəriş verilənə qədər qorunan ərazilərdə (sığınacaqlarda) qalmalıdırlar".