"İranın donanması və hərbi aviasiyası qalmayıb. Biz onların donanmasını, Hərbi Hava Qüvvələrini, bütün hava hücumundan müdafiəsini, 60 mina qayığını məhv etdik".
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz daha sərt hərəkət edə bilərik. Əgər biz onlara zərbə endirsək, onları elə bu gün, bir saat ərzində məhv edə bilərdik, onlar heç vaxt bərpa oluna bilməzdilər", - Tramp vurğulayıb.
O, bir daha diqqətə çatdırıb ki, ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək.