Gündəm / İdman
12-03-2026, 18:08
Sabiq hücumçuya vəzifə verildi
[left][/left]Nadir Nəbiyev "Şəfa" Futbol Klubunun akademiya rəhbəri vəzifəsinə təyin olunub.
Paytaxt təmsilçisindən Planetinfo.az-a verilən məlumata görə, Azərbaycan millisinin sabiq hücumçusu bundan sonra I Liqa kollektivinin uğurları üçün çalışacaq.
Nadir Nəbiyev peşəkar futbolçu kimi "Neftçi", "Turan" və "Xəzər Lənkəran" klublarının heyətində çıxış edib.