Gündəm / Siyasət / Dünya Bugün, 19:30

"Xameneinin üzü tanınmaz haldadır"



"İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb".

Planetinfo.az xəbər verir ki, bu iddia ilə ABŞ-nin müdafiə naziri Pit Heqset brifinq zamanı çıxış edib.

"Biz bilirik ki, İranın yeni, o qədər də ali olmayan lideri yaralanıb və ehtimal ki, şikəst vəziyyətə düşüb", - Peqset deyib.

Müctəba Xameneinin ötən gün yayımlanan bəyanatına toxunan amerikalı rəsmi onun videogörüntüsünün və ya səs yazısının olmamasını diqqətə çatdırıb: "Düşünürəm ki, siz bunların olmamasının səbəbini bilirsiniz".

Müdafiə naziri Müctəba Xameneinin qorxduğunu, qaçaq vəziyyətdə olduğunu və heç bir legitimliyinin olmadığını iddia edib.

Xəbər lenti