Gündəm / Siyasət / İdman Bugün, 21:40

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edildi



Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanında nəzərdə tutulan Qran-Pri yarışları İrandakı müharibə ilə əlaqədar ləğv olunub.

Planetinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar bu mövsümün dördüncü və beşinci Qran-priləri olaraq keçirilməli idi. Yarışların Bəhreyndə aprelin 10-12-də, Səudiyyə Ərəbistanında isə bir həftə sonra keçirilməsi planlaşdırılırdı.

Bəhreyn 2004-cü ildən, Səudiyyə Ərəbistanı isə 2021-ci ildən Formula yarışlarına ev sahibliyi edir.

Qeyd edək ki, Formula 1 yarışlarının 17-ci - Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakı şəhər halqasında keçiriləcək.

Xəbər lenti