Gündəm / Siyasət / Dünya Bugün, 09:00

İrandan İsrailə raketlər atılır




İsrail Müdafiə Qüvvələri (İDF) İran ərazisindən raket atışlarını aşkar edib və onların ələ keçirilməsi ilə məşğuldur.

Planetinfo.az xəbər verir ki, bu barədə İsrail hərbçiləri öz "Telegram" kanallarında məlumat veriblər.

"Bu yaxınlarda İsrail Müdafiə Qüvvələri İran tərəfindən İsrail ərazisi istiqamətində atılan raketləri aşkar edib. Təhlükənin qarşısını almaq məqsədilə müdafiə sistemləri işləyir", - deyə hərbçilər bildiriblər.

Zərbələr altına düşə biləcək rayonların sakinlərinə mobil telefonlar vasitəsilə təlimatlar göndərilib. Onlardan göstərişlərə əməl etmələri xahiş olunur, bu, onların həyatını təhlükəsizlikdə saxlamağa imkan verəcək.

Xəbər lenti