Gündəm / İdman Bugün, 10:30

Müharibə "Formula-1"lə bağlı planları alt-üst etdi




Yaxın Şərqdəki vəziyyətlə əlaqədar "Formula-1" üzrə dünya çempionatının Bəhreyn və Səudiyyə Ərəbistanındakı Qran-pri mərhələləri ləğv edilib.

Planetinfo.az xəbər verir ki, müvafiq press-reliz yarışın rəsmi saytında dərc olunub.

"Formula-1"in bəyanatında qeyd olunub ki, bir neçə alternativ variant nəzərdən keçirilib, lakin regiondakı vəziyyətin diqqətli qiymətləndirilməsindən sonra təşkilatçılar aprel ayında heç bir əvəzləmə etməmək qərarına gəliblər. "Formula-2" raundları da baş tutmayacaq.

"Bu, çətin bir qərar olsa da, təəssüf ki, Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə alaraq hazırkı mərhələdə doğru addımdır", — deyə "Formula-1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikali yarışların ləğvini şərh edib.

Xəbər lenti