Gündəm / İdman Bugün, 12:30

DÇ-2026-da İranı bu iki komandadan biri əvəz edəcək



İran milli komandası 2026-cı il Dünya Kubokunda iştirak etməyə bilər və bu halda onun yerini Asiya Futbol Konfederasiyasından başqa bir komanda tuta bilər.

Planetinfo.az xəbər verir ki, ESPN-in məlumatına görə, ən çox ehtimal olunan əvəzedici İraq millisidir. 31 martda İraq komandası qitələrarası pley-off finalında Boliviya-Surinam matçının qalibi ilə oynayacaq. Əgər İraq bu matçda uduzsa, İranın əvəzinə Dünya Kubokuna vəsiqə qazana bilər.

Əgər İraq komandası qalib gələrsə və pley-off mərhələsindən turnirə vəsiqə qazanarsa, növbəti iddiaçı Birləşmiş Ərəb Əmirlikləri olacaq. BƏƏ əvvəllər Asiya seçmə finalında İraqa məğlub olmuşdu və AFC komandaları arasında reytinqə görə növbəti yerdədir.

Xəbər lenti