Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri ötən gecə İrandan buraxılan 17 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Planetinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, dronların böyük hissəsi Əş-Şərqiyyə əyaləti üzərində məhv edilib.
Nazirlik əlavə edib ki, bəzi pilotsuz uçuş aparatları paytaxt Ər-Riyad yaxınlığında zərərsizləşdirilib.