Gündəm / İdman
Bugün, 13:00
Arbeloa Ardanın qolu haqqında elə sözlər dedi ki...
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa La Liqanın 28-ci turunda “Elçe” üzərində qazanılan qələbəni (4:1) şərh edib.
Planetinfo.az xəbər verir ki, mütəxəssis Arda Gülərin vurduğu qola da münasibət bildirib:
“Bu nəticə çox çətin rəqibə qarşı əladır. Oyunçular böyük səy göstərdilər, onlara əllərindən gələni etdiklərinə görə çox minnətdaram və bu gün vacib olan qələbədən məmnunam. Ardü Arda Gülər qol vurduqdan sonra hamı heyrətlə əlini yuxarı qaldırmışdı. 70 metrdən belə qol vurmaq inanılmazdır. Belə qolu görmək üçün bilet almağa dəyər”, – Arbeloa deyib.