Gündəm / İdman Bugün, 13:30

ÇL-də “Barsa”-“Real” finalı tarixin ən yaxşı matçlarından biri olardı - Levandovski



“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasının finalında iki İspaniya klubunun qarşılaşmasını istəyir.

Planetinfo.az xəbər verir ki, Levandovski bu barədə “Mundo Deportivo”ya danışıb.

37 yaşlı hücumçu ÇL-in finalında “el klasiko”nun futbol azarkeşləri üçün ən yaxşı Avropa finalı olacağına inanır.

“Bu, dünya və azarkeşlər üçün həyəcanverici bir matç olardı. “Barsa”-“Real” finalı tarixin ən yaxşı matçlarından biri olardı. Bu, misli görünməmiş, möhtəşəm bir şey olardı”, – Levandovski deyib.

Eyni zamanda, təcrübəli futbolçu əlavə edib ki, “Barselona” Çempionlar Liqasını qazanmaq üçün favoritlərdən biridir, lakin pley-off mərhələsində bir çox ciddi klublar da var. Robert buna misal olaraq “Arsenal” və “Bavariya” komandalarını göstərib.

Xəbər lenti