Gündəm / Siyasət / Dünya
Bugün, 17:00
Papa Yaxın Şərqdə sülhə çağırdı
Artıq iki həftədir ki, Yaxın Şərq xalqı müharibənin dəhşətlərini yaşayır. Minlərlə günahsız insan ölüb, daha çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Planetinfo.az xəbər verir ki, bunu Roma Papası XIV Leo bazar günü Müqəddəs Pyotr meydanında xütbəsində deyib.
"Məktəblərə, xəstəxanalara və icmalara hücumlarda yaxınlarını itirənlərə mənəvi yaxınlığımı bildirirəm. Yaxın Şərqdəki xristianlar, saleh qadınlar və kişilər adından bu münaqişədə məsul olanların hamısını atəşi dayandırmağa və dialoqa yol açmağa çağırıram", - Papa bildirib.