Gündəm / İdman Bugün, 17:30

"Barsa" 16 yaşlı istedadı almaq istəyirdi, "Real"a keçir



16 yaşlı ispan sol cinah müdafiəçisi Viktori Okorie “Alaves”dən “Real Madrid”ə keçməyə yaxındır.

Planetinfo.az xəbər verir ki, bu barədə “X” sosial media saytında insayder Matteo Moretto məlumat verib.

Mənbənin məlumatına görə, “Barselona”, “Bavariya” və “Atletiko Madrid” də İspaniyanın gənclərdən ibarət milli komandasının üzvü ilə müqavilə imzalamaqda maraqlı idilər.

Amma “Real” daha sərfəli şərtlər təklif edərək gənc istedadı razı sala bilib.

Xəbər lenti