2026-cı il Finalissima – Avropa Çempionu və Amerika Kuboku qalibi komandalar olan Argentina və İspaniya milliləri arasında keçiriləcək oyun baş tutmayacaq.
Planetinfo.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə matç martın sonunda Qətərdə keçiriləcəkdi, lakin Yaxın Şərqdə hərbi münaqişənin gərginləşməsi səbəbindən oyun təxirə salınıb.
UEFA-nın açıqlamasına görə, Argentina millisi Madridin “Santyaqo Bernabeu” stadionunda oyunu keçirmək variantını qəbul etməyib. Həmçinin Madrid və Buenos-Ayresdə iki oyunlu format, eləcə də 27 və ya 30 mart tarixində Avropada alternativ stadion tapmaq mümkün olmayıb.