Qazaxıstanda yeni konstitusiya ilə bağlı keçirilən referendum günü doğulan oğlan uşağına qeyri-adi ad qoyulub.
Körpəyə "Atazan" ("Əcdadlar qanunu" mənasını verir - red.) adı qoyulub.
Manqistau Vilayətinin İctimai Kommunikasiya Mərkəzinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, böyük bir ailənin doqquzuncu övladı olaraq dünyaya gəlib.
Valideynlər etiraf edirlər ki, ölkə üçün belə bir vacib gündə oğullarının dünyaya gəlməsi onlar üçün böyük sevinc olub və bu, ömürlük xatırlanacaq xatirədir.
"Bu hadisənin ailəmizin tarixində əbədi qalması üçün ona Atazan adını verməyə qərar verdik. İstəyirik ki, o, layiqli bir insan kimi böyüsün, vətənini sevsin və ölkəmizə xidmət etsin", - deyə yeni doğulmuş körpənin anası bildirib.