Gündəm / Siyasət / Dünya Dün, 21:55

KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir




Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ-ın Ukraynaya hərbi yardımı və silah tədarükü gecikir.

Planetinfo.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti avropalı diplomatlara istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı ölkələrinə ABŞ silahlarının, xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükündə gecikmələrin olduğu bildirilib.

Qəzet yazır ki, Vaşinqton hazırda Yaxın Şərqdəki müttəfiqlərinə verilən sifarişlərə üstünlük verir və bu vəziyyətin Ukrayna üçün ciddi nəticələrə səbəb ola biləcəyi qeyd olunur.

Xəbər lenti