Kubada üçüncü gündür davam edən kütləvi etiraz aksiyaları zamanı etirazçılar inzibati binaları və mağazaları dağıdır.
Planetinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar ölkədə yaranmış enerji və ərzaq böhranı fonunda baş verir.
Məlumata görə, etiraz iştirakçıları ölkənin bir neçə regionunda hakim Kommunist Partiyasının yerli şöbələrini dağıdıblar. Gərginliyin artmasına elektrik enerjisinin mütəmadi kəsilməsi və əsas ərzaq məhsullarına çıxışın kəskin məhdudlaşması səbəb olub.
Kubanın Daxili İşlər Nazirliyi baş verən iğtişaşlarla əlaqədar ən azı beş nəfərin saxlanıldığını bildirib. Hakimiyyət açıq itaətsizlik və iğtişaşların qəti şəkildə qarşısının alınacağını bəyan edib.
Prezident Migel Dias-Kanel bildirib ki, hökumət vətəndaşların ümidsizliyini anlayır, lakin zorakılıq və vandalizmə yol verilməyəcək.