Gündəm 16-03-2026, 17:50

Azərbaycanın axtardığı şəxs Polşada TUTULDU

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.

Bu barədə Planetinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu RPİ tərəfindən axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Xəbər lenti