Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Planetinfo.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.
Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.