Gündəm Bugün, 16:15

İsrailin öldürdüyü deyilən Laricani bu əsgərlərə başsağlığı verdi


İsrailin onun öldürülməsi ilə bağlı iddialarından sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lankada IRIS Dena freqatına endirdiyi zərbələr nəticəsində həlak olan iranlı dənizçilərə yazdığı başsağlığı məktubu X-də dərc edilib.

Planetinfo.az xəbər verir ki, məktubda yazılır:


"Onların xatirəsi İran xalqının qəlbində əbədi qalacaq və bu şəhidlər İslam Respublikası ordusunun təməlini uzun illər silahlı qüvvələrin strukturunda möhkəmləndirəcək".

Qeyd edək ki, bir neçə saat öncə İsrailin müdafiə naziri İsrael Katz Laricaninin İsrail qüvvələrinin gecə hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Xəbər lenti