Gündəm Bugün, 18:45

Sərxoş sərnişin təyyarədə soyunmağa çalışdı - Söyüş söydü, stüardessaya hücum etdi



İngiltərədə sərxoş sərnişin, ondan təyyarədə soyunmamağı xahiş edən stüardessaya hücum edib.

Planetinfo.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Londonun Hitrou hava limanından Dakka istiqamətinə uçuşdan əvvəl baş verib.

Məlumata görə, 35 yaşlı Momnun Əhməd minik zamanı ucadan qışqırıb, salon daxilində paltarını dəyişməyə çalışıb və baş verənləri videoya çəkib. Ekipajın iradlarından sonra isə o, daha da qəzəblənərək söyüş söyməyə başlayıb və stüardessaya hücum edib. “Mən Böyük Britaniya vətəndaşıyam, istədiyimi edə bilərəm,” - deyə qışqırıb.

Qeyd edək ki, həmin şəxs hadisə anında sərxoş olub. Hadisə nəticəsində “Biman Bangladesh Airlines” aviaşirkətinin reysi bir saatdan çox gecikib.

Məhkəmə Əhmədi stüardessaya hücum və aqressiv davranışda təqsirli bilib.

Xəbər lenti