Gündəm / Dünya Bugün, 20:14

Fransa da Hörmüzlə bağlı plandan imtina etdi




Fransa Hörmüz boğazının blokadadan çıxarılması üzrə hər hansı əməliyyatlarda iştirak etməyəcək.

Planetinfo.az xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron milli Müdafiə Şurasının iclasında zamanı bəyan edib.

"Fransa heç bir halda bugünkü şəraitdə Hörmüz boğazının açılması və ya blokadadan çıxarılması əməliyyatlarında iştirak etməyəcək", - deyə Fransa lideri vurğulayıb.

O qeyd edib ki, Fransa münaqişənin tərəfi deyil, lakin hərbi əməliyyatlar dayandırılan kimi boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə hazırdır.

Martın 9-da Makron bəyan etmişdi ki, Paris Yaxın Şərq dövlətlərini İranın cavab zərbələrindən qorumaq, həmçinin naviqasiya və gəmiçilik təhlükəsizliyinin qarantı qismində Aralıq və Qırmızı dənizlərə, potensial olaraq isə Hörmüz boğazına aviadaşıyıcı da daxil olmaqla "təxminən bir düjin" (12 ədəd) gəmi göndərəcək.

Xəbər lenti