Gündəm Bugün, 19:54

"Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı"nın yekun hesabat tədbiri keçirildi




"5 barmağında, 5 mərifət" şüarı altında "Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı" həssas qruplardan olan qadınların sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək məqsədini daşıyır.

Planetinfo.az xəbər verir ki, bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçün təlimlər və mentorluq proqramları təşkil olunub.

Festivalın iki günü ərzində isə qadınlar öz brendlərini təqdim edərək məhsullarını satmaq imkanı əldə ediblər. Bununla yanaşı, müxtəlif guşələr, ustad dərsləri, panel müzakirələri və musiqi proqramları da festival iştirakçıları üçün təşkil olunub.

Festival 28 fevral tarixində rəsmi açılış nitqləri ilə başlayıb. Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi gor Garafulic, "PAŞA Holding"in Korporativ Sosial Məsuliyyət üzrə Baş Mütəxəssisi Bəyim İbrahimova, KOBİA İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzrü Tamam Cəfərova və “Woman Bazaar” layihə rəhbəri Suada Əliyeva çıxış ediblər. Açılış nitqlərindən sonra festival iştirakçısı olan qadın sahibkarlara sertifikatlar təqdim olunub.

1 mart - festivalın ikinci günü ““Qadınların İqtisadi Gücləndirilməsi: Bərabər Hüquqların Yaradılması və KOB-lar üçün Gender-həssas Marketinqin İnkişafı” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirə qadınların əmək bazarında və sahibkarlıq mühitində qarşılaşdığı çətinlikləri, maliyyə resurslarına və bazara çıxış imkanlarını, həmçinin gender stereotiplərinin iqtisadi iştirakçılığa təsirini ön plana çıxaracaq.

Ümumilikdə, festival boyunca 60 qadın sahibkara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaradılıb və qadınların iqtisadi azadlığını gücləndirməyə töhfə verilib.

Qeyd edək ki, festival PAŞA Holding-in dəstəyi ilə 28 fevral - 1mart tarixlərində Passage 1901-də keçirilən “Woman Bazaar 5 – Dayanıqlı İnkişaf Festivalı” 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub. Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura AFAQ layihəsi, Ana Sahibkar, Woman Bazaar layihələri daxildir.

Xəbər lenti