Gündəm / Dünya Dün, 22:47

“Qiyamət Radiosu”ndan dörd qəribə şifrələnmiş mesaj - Qorxu, geyinmə...




UVB-76 radiostansiyası gün ərzində dörd şifrəli mesaj ötürüb.

Planetinfo.az xəbər verir ki, bu barədə onun yayımlarını izləyən ”UVB-76 logi“ “Telegram” kanalı məlumat yayıb.

"Qiyamət günü radiosu” adlandırılan stansiya ilk şifrəli mesajı Bakı vaxtı ilə saat 12:16-da ötürüb. Mesaj çağırış siqnalından, bir neçə rəqəmdən və iki sözdən ibarət olub: "katet" və "strax" (qorxu). Saat 14:17-də o, "perova" sözü olan daha bir mesaj ötürüb. Saat 15:46-da "nadevanie" (geyinmə), 19:34-də isə "kleşotirs" sözü səslənib. Stansiyanın digər yayımlarında sözlərə rast gəlinməyib.

UVB-76 - 1976-cı ildən bəri yayımlanan qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında "vızıldayan" (жужжалка) adını alıb, çünki efirin böyük hissəsini küy və xarakterik vıyıltı səsi tutur. Onun dalğalarında sosial şəbəkə istifadəçilərinin dünya hadisələri ilə əlaqələndirdiyi kodlaşdırılmış mesajlar ötürülür.

Xəbər lenti