ABŞ Tehranı Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə məcbur etmək üçün Yaponiyadan köçürülmüş dəniz piyadalarından istifadə edərək İranın cənubundakı adaları ələ keçirə bilər.
Planetinfo.az xəbər verir ki, planı mənbələrə istinadl ”The Wall Street Journal“ (WSJ) yayıb .
Amerika rəsmiləri nəşrə bildiriblər ki, ABŞ bir və ya daha çox adanı ələ keçirə və onları sonrakı əməliyyatlar üçün baza kimi və ya boğazda gəmiçiliyi bərpa etmək üçün İrana qarşı təsir vasitəsi kimi istifadə edə bilər. Potensial hədəflər arasında Hörmüz və Qeşm adaları, eləcə də Kiş və Xark adaları var.
“Wall Street Journal” qəzetinin qeyd etdiyi kimi, ötən həftə Pentaqon təxminən 2200 dəniz piyadası daşıyan USS Tripoli amfibiya hücum gəmisini Yaponiyadan Yaxın Şərqə göndərməyə başlayıb. Onların bir həftə ərzində bölgəyə çatması planlaşdırılır.