Gündəm / Siyasət / Dünya 21-03-2026, 14:22

Paşinyandan Novruz təbriki



Ermənistanın Baş naziri Nikol Paşinyan İranın ali rəhbəri Seyid Müctəba Xamenei və prezident Məsud Pezeşkiana Novruz bayramı münasibətilə təbrik məktubları ünvanlayıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nikol Paşinyan məktubda İran xalqına rifah və sülh arzulayıb. O, iki ölkə arasındakı münasibətlərin gələcək perspektivlərinə toxunub:

"Sizi və dost İran xalqını İran Yeni ili – Novruz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, gələn ildə iki dost ölkə arasında səmimiyyət, etimad və qarşılıqlı hörmətə əsaslanan münasibətlər inkişaf etməyə davam edəcək. Fürsətdən istifadə edərək, dost İran xalqına daimi sülh arzulayıram".

Xəbər lenti