Gündəm / İdman
21-03-2026, 20:39
Kurban Berdıyev: “Üçüncü pillənin sahibi kimi danışmaq tezdir”
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. Son matçda “Turan Tovuz” “Qəbələ” önünə çıxıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Planetinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev matç haqda fikirlərini bildirib:
“Çətin oyun oldu. Yaxşı başlamışdıq oyuna. İlk hissənin ikinci periodundan etibarən üstünlüyü rəqibə tərəf verdik. Lakin 2-ci hissədə üstünlüyü ələ keçirərək qələbə qazandıq. Üçüncü pillənin sahibi kimi danışmaq tezdir. Qarşıda matçlarımız var”.