Gündəm 21-03-2026, 21:17

Qaxda 54 yaşlı kişi hamamda yıxılaraq öldü



Qax şəhərində 54 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Planetinfo.az xəbər verir ki, hadisə fərdi yaşayış evlərinin birində baş verib.

Belə ki, şəhər sakini - 1972-ci il təvəllüdlü Cəfərov Elxan Sabir oğlu yaşadığı mənzilin hamam otağında yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti