Gündəm / İdman
30-03-2026, 22:30
Millimiz FİFA turnirinin qalibi oldu
Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb.
Planetinfo.az-ın məlumatına görə, komanda Syerra Leone yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.
Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.