
Noyabrın 25-də Türkiyənin Jandarma Təlim Komandiri və Daxili İşlər Nazirinin müşaviri, jandarma polkovniki Erdoğan Şahin Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin ofisini ziyarət edib. Səmimi şəraitdə keçirilən görüşdə iki qardaş ölkə arasında möhkəm dostluq və strateji əməkdaşlıq münasibətləri müzakirə olunub.
Planetinfo.az xəbər verir ki, İbad Hüseynli qonağı salamlayaraq Azərbaycan–Türkiyə birliyinin hər zaman güc və qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, bu birliyin təməlində həm xalqların qardaşlığı, həm də dövlətlərin dəyişməz strateji əməkdaşlığı dayanır.
Görüş zamanı hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi və iki ölkə arasında sıx əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlər ətrafında geniş müzakirələr aparılıb.
Sonda Milli Qəhrəman İbad Hüseynli “Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!” sözləri ilə iki dövlət arasındakı sarsılmaz dostluğun əhəmiyyətini bir daha vurğulayıb.