Gündəm / Siyasət / Dünya Bugün, 19:30

İran ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi




ABŞ-ın Hörmüz boğazını blokadaya alması səbəbilə İran ordusu "maksimum döyüş hazırlığı" vəziyyətindədir.

Planetinfo.az xəbər verir ki, bunu İranın müdafiə nazirinin səlahiyyətlərini icra edən Məcid ibn əl-Rza bildirib.

O vurğulayıb ki, ölkə istənilən ssenariyə hazırdır və ona qarşı təcavüz törədənlər sərt və qətiyyətli cavab alacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazındakı blokadasından yan keçməyə cəhd edən bütün İran gəmilərini məhv etməklə hədələyib.

Xəbər lenti