18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək.
Planetinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.