Hadisə 7-05-2026, 15:44

​Xaçmazda əməliyyat keçirildi - Saxlanılanlar var



Xaçmazda dəmiryolu polisi 2 nəfərdə narkotik aşkarlayıb.

Panetinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş şəxslər - 59 yaşlı S.Siracov və 37 yaşlı A.Həsənov saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti