Rusiyada təxminən 300 köhnəlmiş Mi-8 helikopteri növbəti beş il ərzində istismardan çıxarılacaq.
Planetinfo.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin sonuna qədər 20 köhnəlmiş Mi-8T helikopterinin istismar müddətinin uzadılmasından imtina edilib. Bundan əlavə, 2026-cı ildə təxminən 40 daha helikopterin istismar müddətinin uzadılmasından imtina edilə bilər.
Qəzet yazır ki, hazırda Rusiyada 1991-ci ildən əvvəl istehsal olunmuş təxminən 300 Mi-8 helikopteri istismardadır və onların xidmət müddəti vaxtaşırı artırılır. Lakin, növbəti illərdə uçuş təhlükəsizliyi ilə bağlı narahatlıqlar və federal aviasiya qaydaları səbəbindən helikopterin xidmət müddətini qeyri-müəyyən müddətə uzatmaq mümkün deyil.
Anar