Kamçatkada seysmik aktivlik yenidən artıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.
Məlumata görə, 2 bal gücündə afterşoklar davam edir.
Qurum bildirib ki, 30 iyul zəlzələsi zamanla azalan afterşok ardıcıllığı ilə müşayiət olunur. Həftə ərzində ümumilikdə 14 hiss olunan afterşok qeydə alınıb ki, bunlardan beşi Petropavlovsk-Kamçatskidə maksimum intensivliyi 2 bal olmaqla hiss edilib. Subduksiya zonasının Kamçatka hissəsində seysmiklik səviyyəsi yüksəkdir.
Əvvəllər bölgədə seysmiklik orta səviyyədə idi.
Qeyd edək ki, 2025-ci il, 30 iyul səhəri Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ idi.
Anar