Hadisə 2-02-2026, 14:03

Nobel mükafatı laureatlarının adları açıqlanacaq



2026-cı il Nobel mükafatı laureatlarının adları 5-12 oktyabr tarixlərində Stokholm və Osloda açıqlanacaq.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Nobel Fondu məlumat yayıb.

Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatının adı oktyabrın 5-də Karolinska İnstitutunda Nobel Komitəsi, fizika və kimya üzrə isə müvafiq olaraq oktyabrın 6-da və 7-də Kral Elmlər Akademiyasının Nobel Komitələri tərəfindən açıqlanacaq.

İsveç Akademiyası ədəbiyyat üzrə seçimini oktyabrın 8-də elan edəcək. Nobel Sülh Mükafatı laureatının adının isə oktyabrın 9-da Osloda Norveç Nobel Komitəsi tərəfindən açıqlanması nəzərdə tutulub.

Anar

Xəbər lenti