Dünya 3-04-2026, 16:15

"Finlandiya Rusiya ilə əlaqələrini kəsməklə fəlakətli bir səhv etdi"


"Finlandiya rəhbərliyinin neytrallıqdan imtina etmək, NATO-ya qoşulmaq və Rusiya ilə əlaqələri kəsmək qərarları, xüsusən də alyansın hazırkı fikir ayrılıqları və enerji böhranı fonunda fəlakətli bir səhv idi".

Planetinfo.az xəbər verir ki, bu sözləri Finlandiya milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armando Mema deyib.

O, bu barədə X-də paylaşım edib.

Mema qeyd edib ki, Helsinkinin 2023-cü ilin aprelində Şimali Atlantika Alyansına qoşulması dərin təəssüf doğuran bir addımdır və bunun tam nəticələri hələ də dərk edilməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 1-də Reuters agentliyinə verdiyi müsahibədə ABŞ-nin NATO-dan çıxarmağı düşünüb.

Xəbər lenti