Dünya Bugün, 17:15

Livanda 1 milyon vətəndaş evlərini tərk edib


Livan vətəndaşlarının 1 milyondan çoxu İsrailin hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Planetinfo.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloçun məlumat yayıb.

Bəluc əlavə edib ki, hər beş nəfərdən biri köçkün hesab olunur, onların çoxu çarəsiz vəziyyətdədir.

BMT nümayəndəsinin sözlərinə görə, Livandakı humanitar vəziyyət gündən-günə pisləşir.

O əlavə edib ki, son bir ayda 200 min insan Livandan qonşu Suriyaya qaçıb, onlardan 180 min suriyalı qaçqın və 20 min Livan vətəndaşı var. Hər gün 7 min insan sərhədi keçir.

Xəbər lenti