Hadisə 13-11-2025, 12:45

Ağdamda fəhlə betonqarışdıranın altında qalaraq öldü


Ağdamda 24 yaşlı fəhlə faciəli şəkildə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən inşaat sahəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Sabir Camili hərəkətdə olan betonqarışdıran maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.

Planetinfo.az

Xəbər lenti