Hadisə 4-02-2026, 00:33

Mərakeşin 100 min əhalisi olan şəhəri təxliyə edilir



Mərakeşin şimal-şərqində, təxminən 100.000 əhalisi olan Əl-Qəsr əl-Kəbir şəhərinin sakinləri təxliyə edilir.

Planetinfo.az TASS-a istinadən bildirir ki, yerli hakimiyyət real təhlükə səbəbindən belə bir addım atmalı olub.

Məlumata görə, meteoroloqlar fırtınanın ən şiddətlisinin yaxın saatlarda baş verəcəyini və hətta şəhərin yüksək ərazilərini belə su basa biləcəyini proqnozlaşdırırlar. Ordu bölmələri və mülki müdafiə qrupları bir neçə gün əvvəl Əl-Qəsr əl-Kəbirdə qurulan xüsusi çadır düşərgələrindən insanları təxliyə edir. Sakinləri şəhərdən təxliyə etmək üçün bütün ictimai nəqliyyat, avtobuslar və xüsusi texnika səfərbər edilib.

Qeyd edək ki, Mərakeşin şimal-qərbində bir neçə gündür davam edən güclü yağışlar Oued əl-Mahazin bəndinin yaratdığı su anbarının daşmasına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, su anbarından axın saniyədə 1500 kubmetrə qədər artacaq ki, bu da ətraf ərazini və Əl-Qəsr əl-Kəbirin bir çox ərazisini basmış olacaq.

Hidroloqlar şəhərdə suyun səviyyəsinin 3 və ya hətta 5 metrə çata biləcəyini təxmin edirlər.

Anar

Xəbər lenti