Hadisə / Dünya
5-02-2026, 07:33
FETÖ-nün vəkili Epşteyni də təmsil edib
3 milyondan çox Epşteyn sənədinin ictimaiyyətə açıqlanması qlobal siyasətdə şok dalğası yaratdı. Sənədlər çirkli sövdələşmələri üzə çıxardı və FETÖ ilə əlaqəsi diqqət çəkdi.
Planetinfo.az trthaber-ə istinadən bildirir ki, FETÖ-nün vəkili Reid Vaynqarten Ceffri Epşteyni də təmsil edib.
Belə ki, FETÖ 2016-cı il çevriliş cəhdindən sonra Epşteynlə əlaqə saxlayıb və ondan dəstək istəyib. FETÖ-nün vəkili Vaynqarten Epşteyndən təşkilat üzvlərini Türkiyəyə ekstradisiya etməməsini və onların ABŞ tərəfindən qorunmasını istəyib.
Anar