Hadisə 20-11-2025, 08:49

Əsrin sonuna qədər sahil xətlərinin təxminən yarısı yox olacaq



Alimlər qlobal iqlim dəyişikliyi və sahil ərazilərində intensiv insan fəaliyyəti səbəbindən dünya miqyasında sahil xətlərinin sürətlə yoxa çıxdığını və əsrin sonuna qədər onların təxminən yarısının yox ola biləcəyini açıqlayıblar.

Planetinfo.az xəbər verir ki, elmi araşdırmalar nəticəsində belə qənaətə gəlinib. Bildirilir ki, dəniz səviyyəsinin qalxması və sahil ərazilərində sürətli tikinti işləri sahildə quruma prosesini sürətləndirir. Bu proses təbii tarazlığı pozur.


Tədqiqat həmçinin göstərir ki, sahil yaxınlığında orqanizmlərin sayı arta bilsə də, bu, yerli növlərə deyil, insan fəaliyyətindən yaranan üzvi tullantılarla qidalanan fürsətçi növlərin çoxalmasına bağlıdır.

Alimlər sahil ərazilərinin qorunması üçün beynəlxalq tərəfdaşlıqların zəruriliyini vurğulayaraq xəbərdarlıq ediblər.

Qeyd edilir ki, sahil əraziləri qorunmadığı təqdirdə iqtisadi itkilər, bioloji zərər və sahil şəhərlərini təhdid edən fəlakət riskləri artacaq.

Anar

Xəbər lenti