Hadisə 25-03-2026, 15:19

Göygöldə ağır qəza - Xəsarət alan var



Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan DAF markalı yük avtomobili digər avtomobillə toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti