Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.
Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 10 radələrində 2007-ci il təvəllüdlü Esmira İsayeva yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.
Esmira İsayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış. O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.